Göygöl polisi şəhid ailələrinə bayram sovqatları payladı – FOTO

Göygöl polisi şəhid ailələrinə bayram sovqatları payladı – FOTO

Hazırda oxunan: Göygöl polisi şəhid ailələrinə bayram sovqatları payladı – FOTO

65268

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini ziyarət ediblər.

Bu haqda informasiya Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilib.

Mənbə qeyd edir ki, ziyarət zamanı polis əməkdaşları şəhid ailələrini bayram münasibətilə təbrik edib, onların gündəlik qayğıları ilə maraqlanıblar. Şəhid ailələrinə ərzaq yardımı edilib və hədiyyələr təqdim olunub.

Görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur.

Dövlət rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. 

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.

Məqsəd Rəhimov, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO