Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - FOTO

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - FOTO

Hazırda oxunan: Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - FOTO

6522

Bizim.Media xəbər verir ki, Gəncədə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

ŞBPİ-nin Cinayət Axtarış İdarəsi və Post-patrul Xidmətinin əməkdaşları birgə keçirdikləri tədbirlər nəticəsində şəhərin Kəpəz rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Elmar Tanrıverdiyevlə bərabər 12 nəfər müştəri də qanunla müəyyən edilmiş qaydada saxlanılaraq ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə gətirilərək barələrində qanunamüvafiq tədbir görülüb.

Bundan başqa kafenin müştərisi Ələkbər Hüseynov üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilmiş və əl çantasından çəkisi 3.66 qram çəkidə narkotik vasitə olan “Tiryək” aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir. (qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO