Rüstəm İbrahimbəyovun oğlu Prezident və Birinci xanıma təşəkkür etdi

Rüstəm İbrahimbəyovun oğlu Prezident və Birinci xanıma təşəkkür etdi

Hazırda oxunan: Rüstəm İbrahimbəyovun oğlu Prezident və Birinci xanıma təşəkkür etdi

65159

Mərhum yazıçı Rüstəm İbrahimbəyovun oğlu, rejissor Fuad İbrahimbəyov bu müddət ərzində ailəyə göstərilən köməyə görə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.

Bizim.Media xəbər verir ki, o, bunu görkəmli yazıçı ilə vida mərasimində deyib.

Bu, hər kəs üçün ağır itkidir. Bu, çox gözlənilməz oldu. Onu xəstəxanaya yerləşdirərkən mənə dedi:

"Əgər oradan sağ çıxmasam, bütün köhnə dostlarıma salamımı çatdır". Atamın ölümünə inanmaq olmur, bu, çox ağır dərddir. Mən şadam ki, o, Bakıya çatdırılıb və öz vətənində dəfn olunub. Onu sevənlər məzarına baş çəkə bilər", - deyə oğlu bildirib.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov Birinci Fəxri xiyabanda dəfn edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO