Azərbaycan 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edib - Ötən il

Azərbaycan 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edib - Ötən il

Hazırda oxunan: Azərbaycan 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edib - Ötən il

65136

Ötən il Azərbaycanda 27 milyard 856 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. İstehsal olunan elektrik enerjisinin 23 milyard 687 milyon kilovat/saatı istehlak, 1 milyard 677,1 milyon kilovat/saatı isə ixrac olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.

Elektrik enerjisinin 94,2 faizi istilik elektrik stansiyalarında, 4,6 faizi su elektrik stansiyalarında, 1,2 faizi isə bərpa olunan enerji mənbələri hesabına istehsal edilib.

Bərpa olunan enerji mənbələri (külək, günəş, biokütlə və sair) hesabına istehsal edilən 339,9 milyon kilovat/saat elektrik enerjisinin 91,5 milyon kilovat/saatı külək, 55,2 milyon kilovat/saatı günəş, qalan 193,2 milyon kilovat/saatı isə bioenerji mənbələrinin payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO