Qaradağda tikilən yeni stansiya Azərbaycana nə verəcək? - ŞƏRH

Qaradağda tikilən yeni stansiya Azərbaycana nə verəcək? - ŞƏRH

Hazırda oxunan: Qaradağda tikilən yeni stansiya Azərbaycana nə verəcək? - ŞƏRH

65123

“Qaradağda Günəş Stansiyasına çəkilən xərc uzağı 2 il ərzində öz geri dönüşünü təmin edəcək. Hətta qaz qiymətlərinin yuxarı səviyyəsində bu müddət 1 ilə qədər enə bilər. Belə ki, bu stansiyanın işə salınması 110 milyon qaza qənaət olunmasına gətirib çıxaracaq. Bu isə bu günki qaz qiymətlərində 165 milyon dollar deməkdir”. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov “Facebook” hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

225 milyon dollarlıq “Qaradağ” Günəş Elektrik Stansiyasının ÜSTÜNLÜKLƏRİ 


Onun sözlərinə görə sözügedən günəş stansiyasının tikintisinin  225 milyon dollara başa gəlməsi planlaşdırılır: 

“Hər şey plana uyğun gedərsə (axsamalar olmazsa) bu stansiya, həm də regionlara yaxşı bir nümunə olaraq yayıla bilər. Bu addımın digər müsbət tərəfləri isə hər stansiya üzrə 50-dək insanın daimi iş yerilə təmin edilməsinə, regionun enerji təhcizatında fasiləsizliyin təmin olunmasına, bölgələrdə uzun məsəfələr üçün yaradılmalı olan infrastruktur xərclərinə qənaət edilməsinə, atmosferə atılan karbon emissiyalarının azalması kimi bir sıra müsbət təsirləri olacaq.
 

Məsələn, təkcə Qaradag Günəş Stansiyası fəaliyyətə başlayandan sonra atmosferə 200 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq”, - deyə ekspert əlavə edib.


Xatırladaq ki, bundan əvvəl, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin Azərbaycanda 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO