Putinin köməkçisi Ukrayna ilə danışıqların təfərrüatını açıqladı: Neytral status, nüvə silahı...

Putinin köməkçisi Ukrayna ilə danışıqların təfərrüatını açıqladı: Neytral status, nüvə silahı...

Hazırda oxunan: Putinin köməkçisi Ukrayna ilə danışıqların təfərrüatını açıqladı: Neytral status, nüvə silahı...

65119

Rusiya Prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski Ukraynanın Avstriya və ya İsveç modeli əsasında öz ordusu və hərbi dəniz donanması olan, lakin nüvə silahından azad ölkəyə çevrilməsi təklifinin irəli sürdüyünü bildirib.

Bizim.Media xəbər verir ki, belə təkliflə danışıqlarda Ukrayna tərəfi çıxış edib.

V.Medinski hazırda XİN başçıları səviyyəsində Ukraynanın neytral statusu, nüvə silahından azad əraziyə çevrilməsi və ordusu ilə bağlı kompleks məsələlərin müzakirə olunduğunu qeyd edib.

V.Medinskinin sözlərinə görə, rəsmi Moskva Ukraynanın bundan sonra əsrlər boyu sülh şəraitində yaşayan, azad, neytral və müstəqil, Rusiyaya qarşı hücumlar üçün meydana çevrilməyən ölkə kimi qalmasına nail olur.
“Məhz buna görə də sazişlərin hər hərfi, hər rəqəmi ətraflı müzakirə olunur. Biz bağlanacaq sazişin gələcək nəsillərə qalmasını, övladlarımızın təməli indiki danışıqlarda qoyulan sülh şəraitində yaşamasını istəyirik”,- deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO