Almaniyanın ən böyük enerji konserni Rusiyadan qaz alışını dayandırır

Almaniyanın ən böyük enerji konserni Rusiyadan qaz alışını dayandırır

Hazırda oxunan: Almaniyanın ən böyük enerji konserni Rusiyadan qaz alışını dayandırır

65118

Almaniyanın  E.ON konserni Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın “Qazprom” şirkətinin Avropadakı ticarət şirkətlərindən yeni həcmdə qaz almağı dayandırıb. 

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə qrupun baş direktoru Leonhard Birnbaum illik mətbuat konfransında bildirib. 

Birnbaum eyni zamanda xəbərdarlıq edib ki, Rusiyadan enerji idxalının qəfil dayandırılması E.ON-a zərbə olacaq. 

"Rusiya bazarı bizim hədəf regionlarımız arasında deyil. Ancaq bir şey aydındır: enerji idxalında az və ya çox uzunmüddətli fiziki çatışmazlıq olarsa, bunun bizim üçün də nəticələri olacaq", - deyə Birnbaum qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO