Zəngilan-Cəbrayıl bölgəsində tikiləcək GES-in dəyəri açıqlandı

Zəngilan-Cəbrayıl bölgəsində tikiləcək GES-in dəyəri açıqlandı

Hazırda oxunan: Zəngilan-Cəbrayıl bölgəsində tikiləcək GES-in dəyəri açıqlandı

65071

BP şirkətinin Zəngilan-Cəbrayıl zonasında tikəcəyi 240 MVt gücündə günəş elektrik stansiyasının (GES) dəyəri açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev açıqlama verib.

Onun sözlərinə stansiyanın inşası təxminən 200 milyon ABŞ dollarına başa gələcək.

Ötən il iyunun 3-də Energetika Nazirliyi və BP GES-in tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar.
Bu sənədə işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35 %-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imza atılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO