Abituriyentlərin DİQQƏTİNƏ: Ali məktəblərə ərizə qəbulunun başa çatmasına bir gün qalır

Abituriyentlərin DİQQƏTİNƏ: Ali məktəblərə ərizə qəbulunun başa çatmasına bir gün qalır

Hazırda oxunan: Abituriyentlərin DİQQƏTİNƏ: Ali məktəblərə ərizə qəbulunun başa çatmasına bir gün qalır

65058

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başa çatmasına bir gün qalıb.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, martın 16-sı saat 10:30-a olan məlumata əsasən, 82 min 843 abituriyent öz ərizəsini təsdiq edib. Ərizələrin qəbulu martın 17-dək internet vasitəsilə aparılır.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) istifadəçi adı və parolu vasitəsilə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər elektron tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq komissiyada təsdiq etdirirlər.
Komissiyaların siyahısı və fəaliyyət müddəti, ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə DİM-in saytında tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO