Azərbaycanda müəllim faciəvi şəkildə DÜNYASINI DƏYİŞDİ - FOTO

Azərbaycanda müəllim faciəvi şəkildə DÜNYASINI DƏYİŞDİ - FOTO

Hazırda oxunan: Azərbaycanda müəllim faciəvi şəkildə DÜNYASINI DƏYİŞDİ - FOTO

6493

Lerikdə müəllim yol qəzasında dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, yol qəzası Günəşli kəndi ərazisində baş verib.

Hadisə zamanı 1968-ci il təvəllüdlü Əliheydər Feyruz oğlu Eyvazovun UAZ markalı avtomobili idarəetməni itirərək çaya aşıb.

Çaya düşən avtomobilin sürücüsü, rayonun Durğan kəndində müəllim işləyən Ə.Eyvazov həlak olub.

Mərhumun meyidi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO