İntiqam Babayevə yüksək VƏZİFƏ verildi - ÖZƏL

İntiqam Babayevə yüksək VƏZİFƏ verildi - ÖZƏL

Hazırda oxunan: İntiqam Babayevə yüksək VƏZİFƏ verildi - ÖZƏL

64854

Nazirlər Kabinetinin Aparatında yeni kadr təyinatı olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla İntiqam Babayev Nazirlər Kabinetinə sektor müdiri təyin olunub. 

Qeyd edək ki, İntiqam Babayev 22 il Gənclər və İdman Nazirliyində gənclər sektorunu idarə edib. 

Yeni təyinatla bağlı Nazirlər Kabinetindən hələki rəsmi cavab ala bilməmişik. Məlumat üçün bildirək ki, İntiqam Babayev Vaqif oğlu əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb.
1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 2000-ci il gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO