Rusiya dolları milli valyutalara dəyişir – MANAT Rusiyada dövriyyəyə girə bilərmi?

Rusiya dolları milli valyutalara dəyişir – MANAT Rusiyada dövriyyəyə girə bilərmi?

Hazırda oxunan: Rusiya dolları milli valyutalara dəyişir – MANAT Rusiyada dövriyyəyə girə bilərmi?

64757

Rusiya-Ukrayna hərbi münaqişəsinin gərgin davam etdiyi dövrdə Rusiyaya qarşı edilən sanksiyalar bitmək bilmir. Ən əsası isə bir neçə gün öncə ABŞ Prezidenti Co Baydenin Rusiyaya dollar əsginazlarının satışını və ya digər tədarükünü qadağan edən sərəncamı imzalaması oldu. Rusiyaya qarşı elan edilmiş bu sərəncamı nəzərə alsaq, ölkədə ticarət əməliyyatlarının dollardan başqa hansı valyuta ilə aparıla biləcəyi məsələsi müzakirə mövzusudur.

İqtisad üzrə fəlsəfə doktoru, ekspert Xalid Kərimli Bizim.Media-ya açıqlamasında Rusiyanın dollarla belə asanlıqla vidalaşa bilməyəcəyini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan Azərbaycana daha az pul göndəriləcək - Problemin bir həll yolu var


“Rusiyaya qarşı 2014-cü ildən bəri Krım hadisələrinə görə, sanksiyalar tətbiq olunur. Rusiya ixracdan çox asılıdır, xüsusilə də enerji, əmtəə, neft-qaz ixracı ona dollarla gəlir. Bu baxımdan Rusiya dollardan asılılığı azalda bilmir. Ancaq sanksiyalar başlayanda Rusiya höküməti keçirilən müşavirələrdə qeyd edirdi ki, kriptovalyutalar leqallaşdırılmalıdır, lakin hələlik bu da reallaşacaq kimi görsənmir.

Ümumilikdə qeyd edə bilərəm ki, Rusiyanın dollardan asılılığı tamamən aradan qalxmayacaq çünki dollar hazırda dünyanın ən böyük tranzaksiya valyutasıdır və eyni zamandan dünya ehtiyatlarının 60% dollarla saxlanılır”.

Ekspert Çinlə Rusiyanın dollardan asılılığı aradan qaldırmaq üçün birgə atdığı addımları diqqətə çatdırıb.

Həmçinin bildirir ki, dollara alternativ olaraq Rusiyada Çin valyutası aktuallaşacaq:

“Ümumiyyətlə Rusiya ilə Çin uzun müddətdir ki, dollardan asılılığı azaltmağa çalışırlar lakin nail ola bilmirlər. Amma çətinliklərə baxmayaraq bu məsələ üzərində intensiv işləyirlər. Ölkələrarası ticarətdə öz milli valyutalarından istifadə etməyə çalışırlar. Rusiya tətbiq olunan bu sanksiyalar Çinlə münasibətləri daha da genişləndirəcək və tədricən xarici valyuta kimi yuanı dollardan üst plana çəkəcək. Əlavə olaraq bildirim ki, Çinin “SWIFT” də alternativ olaraq ona oxşar olar “SIPS” banklararası beynəlxalq ödəmə sistemi mövcuddur.

Bu “SWIFT” kimi (11 min maliyyə qurumu)  olmasa da haradasa 1300-ə yaxın maliyyə qurumu var. Rusiya bu ödəmə sisteminə qoşula bilər. Məşhur Şanxay Əməkdaşlıq Təşkilatının da bir aspekti Rusiya ilə Mərkəzi Asiyanı birləşdirmək və dollardan asılılığı aradan qaldırmaqdır”.

Bəzi Rusiya bankları tək yuan ilə deyil, Azərbaycan manatı ilə də əmanətlər təklif edir. Xalid Kərimlinin sözlərinə görə, manat da qarşılıqlı ticarətdə geniş şəkildə istifadə oluna bilər:

“Rusiya ilə Azərbaycan arasında mütəffiqlik bəyannaməsi var burada məqsəd  qarşılıqlı ticarətdə milli valyutalardan istifadə etməkdir. Yəni ticarətdə dollar, euro ilə yox rubl və manatla ödənişlərin aparılması vacib göstərilir. Bu baxımdan Rusiya partnyorları ilə qarşılıqlı ticarət həyata keçirərkən çalışır ki, milli valyutasından istifadə etsin. Amma təbii ki, bunun üçün ilk olaraq Rusiyanın maliyyə, valyuta sisteminin sabitləşməsi lazımdır”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO