“Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun nəşi sabah axşam saatlarında Bakıya gətiləcək. Vida mərasimin və dəfnin harada olacağı hələ rəsmi olaraq dəqiqləşdirilmədiyinə görə ən dəqiq xəbər martın 15-də bilinəcək”.
Bu barədə Bizim Media-ya Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir - FOTO
Əli İsa Cabbarov Bakıda keçiriləcək vida mərasimi və dəfnlə bağlı mətbuata sabah xəbər veriləcəyini, dəfn prosesinin dövlət tərəfindən təşkil ediləcəyini də əlavə edib:
“Ən dəqiq məlumat sabah olacaq. Çünki yollar bağlıdır. Vəziyyət çətindir. Təşkilatçılar onunla bağlı son qərar verməyiblər”.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov martın 10-dan 11-ə keçən gecə Moskvadakı xəstəxanalardan birində dünyasını dəyişib.
Ülviyyə Həsənqızı, Bizim.Media