Avstraliya 33 rusiyalı iş adamı və onların ailələrinə qarşı sanksiya tətbiq etdi

Avstraliya 33 rusiyalı iş adamı və onların ailələrinə qarşı sanksiya tətbiq etdi

Hazırda oxunan: Avstraliya 33 rusiyalı iş adamı və onların ailələrinə qarşı sanksiya tətbiq etdi

64604

Avstraliya hökuməti Rusiyadan olan 33 şəxsə qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “İnterfaks” agentliyi yayıb.

“Avstraliya hökuməti bu gün 33 rusiyalı oliqarxa, tanınmış iş adamlarına və onların yaxın ailə üzvlərinə qarşı yeni sanksiyalar elan edir”, – Avstraliyanın xarici işlər naziri Maris Peyn Xarici İşlər Nazirliyinin saytında verdiyi açıqlamada bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dan Peskov və ailəsinə SANKSİYA 


“Çelsi” futbol klubunun sahibi Roman Abramoviçə, “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Millerə, “Rossiya Bank”ının Direktorlar Şurasının sədri Dmitri Lebedevə, “Rostex”in İdarə Heyətinin sədri Sergey Çemezova, “Transneft” şirkətinin sədri Nikolay Tokarevə, VEB bankının sədri İqor Şuvalova, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyevə və bir sıra digər şəxslərə qarşı sanksiyalar tətbiq edilib.

Bundan əvvəl Avstraliya Rusiyanın yüksək rütbəli siyasətçilərinə və rəsmilərinə, o cümlədən Rusiya prezidenti Vladimir Putinə, baş nazir Mixail Mişustinə, XİN,  Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi rəhbərlərinə qarşı Rusiyanın Ukraynada həyat keçirdiyi hərbi əməliyyatına görə sanksiyalar tətbiq edib.

Bundan başqa, Avstraliyanın sanksiyalar paketinə Rusiya Federasiyası Mərkəzi Bankının beynəlxalq ehtiyatlarının dondurulması da daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO