Lənkəranda avtomobil yoldan çıxaraq ağaca çırpıldı: 1 ölü, 1 yaralı var

Lənkəranda avtomobil yoldan çıxaraq ağaca çırpıldı: 1 ölü, 1 yaralı var

Hazırda oxunan: Lənkəranda avtomobil yoldan çıxaraq ağaca çırpıldı: 1 ölü, 1 yaralı var

64590

Lənkərana avtomobillə toya gələn Göyçay sakini qəzada  ölüb, daha bir nəfər ağır xəsarət alıb. 

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun   Separadi kəndi ərazisində  baş verib.   

“Hyundai”  markalı avtomobilin yoldan çıxaraq  ağaca çırpılması nəticəsində Göyçay rayon sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və həmyerlisi 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən E.Qurbanov yolda keçinib.

C.Salahlı isə reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəlibmişlər. Hadisənin  baş verməsinə çiskinli hava şəraitində sürətin düzgün seçilmədiyi ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO