Azərbaycan milli komandasının kikboksçusu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.
Azərbaycan Kikboksinq Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 57 kq çəki dərəcəsində çıxış edən idmançı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yarışda yerli ölkəni təmsil edən erməni əsilli Qela Xoceliani ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən İmanov kəmərin sahibi olub.
Qeyd edək ki, Məhəmməd İmanov gənclər arasında WAKO versiya üzrə Avropa birinciliyinin qalibi, dünya çempionatının gümüş medalçısıdır.
Bizim.Media