"Səbail" evdə "Keşlə"yə böyük hesabla uduzdu

Hazırda oxunan: "Səbail" evdə "Keşlə"yə böyük hesabla uduzdu

64455

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Səbail" evdə "Keşlə"yə 0:3 hesabı ilə uduzub. 

"Keşlə"nin qollarını 17-ci dəqiqədə Pərviz Azadov, 21-ci dəqiqədə Rəhman Hacıyev, 90+5-ci dəqiqədə isə Turan Vəlizadə vurub.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Keşlə" 6-cı sırada qalıb. 

Qeyd edək ki, günün digər oyununda lider "Qarabağ" "Sabah"ın qonağı olacaq. Tura martın 13-də oynanılacaq "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO