Fərid Şəfiyev: “Antaliyada erməni intellektualları ilə görüşdük…” - VİDEO

Fərid Şəfiyev: “Antaliyada erməni intellektualları ilə görüşdük…” - VİDEO

Hazırda oxunan: Fərid Şəfiyev: “Antaliyada erməni intellektualları ilə görüşdük…” - VİDEO

64423

Antaliyada keçirilən Diplomatiya Forumunda iştirak edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi idarə heyətinin sədri Fərid Şəfiyev ictimai fəal, bıoger Emin Millinin “Daha yaxşı” videoformatının qonağı olub. 

Söhbət Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranmış geopolitik vəziyyəti əhatə edib. 

Belə bir durumda Azərbaycanın Rusiya ilə Qərb arasında hansı itkilərlə üzləşməsi və hansı manevr imkanları qazanması ətrafında aparılan müzakirədə Fərid Şəfiyev oxşar məqamlarda Qərbin Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlara toxunub. 

Azərbaycan dövlətini bu münaqişədə tərəf tutmadan müstəqil və humanitar siyasət yürütməsindən danışan ekspert ümumilikdə dövlətimizin istənilən konflikt situatsiyalarında vasitəçilik missiyasının artıq təcrübə qazandığını bildirib. 

Bu kontekstdə Ermənistanla münasibətlərdən də danışan Fərid Şəfiyevin Rəsmi İrəvanın hələ də anlaşıqsız siyasət yürütməsini, ermənilərin nə istədiyinin aydın olmadığını bildirib: 
 

“Onlar artıq özlərinin düşünülməmiş siyasətinin əvvəl də indi də girovuna çevriliblər. 30 il Beynəlxalq layihələrdən kənarda qalan Ermənistan indi də tərəddüdləri ilə gecikir.


Çünki bir azdan çox gec olacaq, Azərbaycanın alternativləri çoxdur və onlardan xalqının mənafeyi üçün yüksək səviyyədə faydalanır. Ona görə də Ermənistan tez qərara gəlməlidir. Biz Antaliyada erməni cəmiyyətinin intellektualları ilə də görüşdük, onların da diqqətinə bunu çatdırdıq”. 

Emin Millinin Fərid Şəfiyevlə geniş müsahibəsini diqqətinizə təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO