"Şuşa Bəyannaməsi artıq Türkiyə ilə Azərbaycan arasında olan münasibətləri daha yüksək səviyyəyə qaldırdı".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda panel müzakirələrdə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistanla diplomatik əlaqələrin bərpası üçün əlimizdən gələni edirik” – Ceyhun Bayramov
"Biz Türkiyəni də öz Vətənimiz hesab edirik", - nazir vurğulayıb.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanla Türkiyə arasında çoxəsrlik tarixi münasibətlər var, iki ölkə arasında yüzlərlə sənəd imzalanıb.
"Biz Avrasiyanin enerji xəritəsini dəyişən nəhəng layihələr həyata keçirmişik", - XİN başçısı əlavə edib.
Bizim.Media