Ərdoğan Nazarbayevlə görüşdü

Ərdoğan Nazarbayevlə görüşdü

Hazırda oxunan: Ərdoğan Nazarbayevlə görüşdü

64392

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Antalyada keçirilən diplomatik forum çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə cümə günü Nazarbayevin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, tərəflər Ukraynadakı münaqişənin diplomatiya yolu ilə həlli istiqamətində səylərin vacibliyini qeyd ediblər. 

“Görüş zamanı tərəflər beynəlxalq gündəlikdəki ən aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb, Ukraynadakı hərbi münaqişənin diplomatiya və dövlətlərarası dialoqun bərpası yolu ilə həlli istiqamətində davam edən səylərin vacibliyini vurğulayıblar”, - deyə məlumatda bildirilir. 

Nazarbayev həmçinin beynəlxalq forumda iştirak etmək üçün dəvətə görə Ərdoğana təşəkkür edib və bu tədbirin qlobal geosiyasi dəyişikliklərin davam etdiyi kontekstdə əhəmiyyətini qeyd edib.
Öz növbəsində Türkiyə lideri Qazaxıstanın birinci rəhbərinin ikitərəfli münasibətlərin formalaşması və inkişafına mühüm töhfəsini vurğulayıb.

Türkiyə dövlət başçısı Qazaxıstanın birinci Prezidentinin türk dünyası ölkələrinin inteqrasiya proseslərinin genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində fəaliyyətini də yüksək qiymətləndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO