Bu qəbiristanlıqda yer üstündə qohumlar arasında dava düşdü - VİDEO 

Bu qəbiristanlıqda yer üstündə qohumlar arasında dava düşdü - VİDEO 

Hazırda oxunan: Bu qəbiristanlıqda yer üstündə qohumlar arasında dava düşdü - VİDEO 

64368

Bilgəh qəsəbə qəbiristanlığındakı məzarın kənarına çəkilmiş hasar sökülüb, ağaclar çıxarılıb. 

Bizim.Media-nın məlumatına görə, qəbiristanlıqdakı həmin ərazi iki məzar sahibi tərəfindən bölünə bilmir. 

Onlar ayrı- ayrılıqda hasarladıqları ərazinin özlərinə məxsus olduqlarını desələr də, heç bir yol ilə sübut edə bilmirlər. Məzarlardan birinin sahibi Yaqub Qəhrəmanov bizə şikayətində bildirib ki, bu ərazini illər öncə hasarlayıb və yaxınını dəfn edib. 

Bacısı Cəmilə Qəhrəmanova isə deyib ki, dünən qarşı tərəfə xəbərdarlıq edilsə də, bu gün səhər saatlarında yenidən qapı qoyaraq ərazinin bir hissəsini hörüblər. 

Qarşı tərəf Mahir Salmanov isə deyib ki, bu ərazi onlarındır və hörmət əlaməti olaraq digər tərəfin orada yaxınlarını dəfn etməyə icazə veriblər. 

Qəbiristanlığın müdiri Adil Mirzəyev isə məsələdən xəbərdar olduğunu və tərəflərdən birinin onu aldatdığını bildirib. 

O, hər iki tərəfi üzləşdirərək problemin aradan qaldırılmasına kömək edəcəyini vəd edib.  Sözügedən məsələ ilə bağlı ərazi bələdiyyəsindən isə bildirilib ki, sakinlər arasında yaranan problemin həlli qəbiristanlıq müdirinə tapşılırıb. 

“Xezerxeber”in mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO