Rusiya-Ukrayna müharibəsi Azərbaycan əmlak bazarında bahalaşma yaradıbmı? - VİDEOREPORTAJ

Rusiya-Ukrayna müharibəsi Azərbaycan əmlak bazarında bahalaşma yaradıbmı? - VİDEOREPORTAJ

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsi Azərbaycan əmlak bazarında bahalaşma yaradıbmı? - VİDEOREPORTAJ

64308

Rusiya-Ukrayna arasındakı hərbi vəziyyət və Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində artıq orada olan azərbaycanlıların ölkəmizə qayıtması gözlənilir. Nəzərə alsaq ki, təkcə Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Onlar ölkəmizə qayıdan zaman burada məskunlaşıb, özlərinə iş qurmalı olacaqlar. Bu zaman isə bir sual ortaya çıxır. Onların qayıtması nəticəsində Azərbaycanda olan əmlak bazarında qiymət dəyişikliyi gözlənilirmi?

Ekspertlər düşünür ki, Rusiya-Ukrayna müharibəsinin hazırda ölkəmizdəki əmlak bazarına ciddi təsirləri olmasa da, gələcəkdə müharibə davam etdiyi təqdirdə bu tədircən qiymətlərə də öz təsirini göstərəcək.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, qiymət artımı ilkin olaraq mənzil bazarında müşahidə edilməsə də, kirayə qiymətlərində artım artıq var.

Ekspert əsaslandırır ki, “Rusiyadan və Ukraynadan dönən soydaşlarmız böyük kapitalla gəlmir və hələ iş yerləri yoxdur. Ona görə də əmlak bazarına bu təsir edə bilməz. İlkin olaraq kirayə qiymətlərdə artım gözləniləndir”.

Ev alqı-satqısı və kirayəsi üzrə əmlakçı Rüfət İslamzadə isə deyir ki, mövud vəziyyətlə bağlı əmlak bazarında artım olması qaçılmazdır. Çünki, istər-istəməz tələbat çoxalır və bu da əmlak bazarına təsirsiz ötüşməyəcək. Artıq müraciət edənlər var.
 

Mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirmişik. Orada qohum və tanışları olan vətəndaşlar müvəqqəti çətinlik aradan qalxana kimi, onlara dəstək olacaqlarını dilə gətiriblər.


Daha ətraflı videoreportajımızda baxa bilərsiniz:

Zeynəb Nadirova, Bizim Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO