Yeniyetmə qızın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

Yeniyetmə qızın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Yeniyetmə qızın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

64201

Sosial şəbəkədə 15 yaşlı sağlamlıq imkanları məhdud qızın 62 yaşlı qonşusu tərəfindən zorlanması və 7 aylıq hamilə olması ilə bağlı məlumatlar yayılıb.  Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi məsələ ilə bağlı açıqlama yayıb. 

Bizim.Media xəbər verir ki, Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb və cinayət işi başlanılıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda DƏHŞƏT: 15 yaşlı qız 62 yaşlı kişidən hamilə qaldı


“Sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb. Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb.

Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb”. 

T. Mərdanoğlu, həmçinin əlavə edib ki, bu gün 15 yaşlı qızın psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsədilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları ailəni ziyarət edəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO