Jelko Kopiç: “Derbidə Mahirə şans verəcəyəm

Jelko Kopiç: “Derbidə Mahirə şans verəcəyəm"

Hazırda oxunan: Jelko Kopiç: “Derbidə Mahirə şans verəcəyəm"

64115

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su  Xorvatiya çempionatının 27-ci turunda "Hayduk"un qonağı olacaq.

Bizim.Media xəbər verir ki, komandanın baş məşqçisi Jelko Kopiç bu görüş üçün təşkil edilən mətbuat konfransında Mahir Emreliyə derbi matçında şans verəcəyini bildirib:

"Mahir bütün oyunçularla eyni statusdadır və mən şənbə günü derbidə ona şans verəcəyəm. O, bura yeni gələndə heç də yaxşı formada deyildi. Çünki uzun müddət komanda ilə məşqlərdən, oyunlardan kənar qalmışdı. Mən ona şans verə biləcəyim an axtarırdım. Düzdür, çox oyun buraxır, amma keyfiyyətli futbolçudur. Mənim üçün hər bir futbolçu eynidir".

Qeyd edək ki, martın 12-də keçiriləcək "Hayduk" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO