Ən utancaq BÜRCLƏR – İLK BEŞLİK

Ən utancaq BÜRCLƏR – İLK BEŞLİK

Hazırda oxunan: Ən utancaq BÜRCLƏR – İLK BEŞLİK

64101

Bəzi insanlar digərləri ilə asanlıqla ünsiyyət qurub, könlündən keçənlərə rahatlıqla edə bildikləri halda bir çoxları üçün bu, ağılasığmaz dərəcədə qorxuludur. Bu tip insanlar utancaq olduqları üçün sosial həyatlarında da müəyyən problemlərlə üzləşirlər.

Bizim.Media xəbər verir ki, astroloqlar insanların çəkingənliklərinin onların bürcləri ilə bağlı olduğunu qeyd edirlər.

Aparılan araşdırmalar bu 5 bürcün nümayəndələrinin daha çox utancaq olduğunu ortaya çıxarıb:

1. Balıqlar

Bu bürcün nümayəndələri utacaqlıq səviyyəsinə görə ilk pillədə qərarlaşıblar. Bu xüsusiyyətləri onların içə qapanıqlığı və hisslərinə çox önəm vermələri ilə müşahidə olunur. Çəkingənlikləri əksər hallarda onların davranışlarına əngəllər törədir. Balıqlar ön planda olmağı qarşılarına məqsəd qoymur, diqqətləri öz üzərlərinə çəkməkdən yayınırlar.

2. Xərçəng

Hisslərini etiraf etmək məsələsində bu bürcün nümayəndələri olduqdca çəkingəndirlər. Xüsusilə də, əks cinsin nümayəndələri qarşısında bunu etmək xərçənglər üçün olduqca ağırdır. Onlar maraq göstərdiyi insanların ilk addımı atmasını gözləyirlər.

Xərçənglərin bu özəllikləri onları romantik münasibətlərdə ikinci plana atır. Başqalarının fikirlərinə böyük önəm verən xərçənglər yüksəlməyi qarşılarına məqsəd qoysalar belə haqsız rəqabətdən hər zaman qaçırlar.

3. Oğlaq

İnsanlardan gizlətməyə çalışsalar da, oğlaqlar da utancaqlıqları ilə fərqlənirlər. Onlar rahat davranmağa çalışaraq çəkingənliklərini gizlətməyə çalışsalar da əksər hallarda buna müvəffəq ola bilmirlər. Bir çox situasiyalarda yad olduqları insanlarla ilkin dialoq zamanı oğlaqlar jest və mimikalarını tənzimləməyi bacarmırlar.  Oğlaqlar utancaqlaqlarından əlavə gördükləri işlərə həyacanla yanaşmaları ilə də fərqlənirlər.

4. Qız

Keçmişdə yaşamağa meyilli olmaları ilə fərqlənən qızlar bu davranışlarını insanlarla kontaktda olarkən də sərgiləyirlər. Sadəcə özünə uyğun bildiyi az sayda insanla səmimi dostluq edən qızlar zərurət yaranmadıqca yeni simalarla tanış olmaqdan yayınırlar.

Nadir hallarda yeni insanlarla tanış olan bu bürcün nümayəndələrinin utancaqlıqları isə yeni qurulan münasibətləri davam etdirdikləri müddətdə ortaya çıxır. Çünki qızlar üçün digərlərinin yox, yalnız özlərinin maraqlandıqları sahələrdə ünsiyyət cəlbedicidir.

5. Əqrəb

Digər dörd bürcdən fərqli olaraq əqrəblər əslində o qədər də utancaq deyillər. Sadəcə olaraq hər kəslə münasibət qurmaq istəməmələri onların utancaq kimi görülməsinə səbəb olur.

Bundan əlavə əqrəblər tanıdıqları insanlarla belə arada pərdə saxlamağa çalışırlar. Onlar yalnız bir halda – yaxından tanıqıdları insanlardan belə nəyisə xahiş etmək məsələsində olduqca utancaq davranırlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO