Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlandı

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlandı

Hazırda oxunan: Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlandı

64017

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur media-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə,hazırda ölkədə 60 yaşdan yuxarı insanların 70%-dan çoxunda başlanğıc katarakta mövcuddur.

“5-30 yaş arası fərdlərdə daha çox miopiya (yaxından görmə və hipermetropiya (uzaqdan görmə) geniş yayılıb. Eynək və kontakt linzalar miopiyanın ən geniş yayılmış müalicə üsuludur. Bu üsullar miopiyanın dərəcəsini azaltmır, lakin görməni yaxşılaşdırır.

Bunlardan imtina edənlərə lazer korreksiyası təklif edilir. 40 yaşdan yuxarı olan şəxslərdə daha çox katarakta və diabetik retinopatiya daha geniş yayılıb. Diabetik retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir. 60 yaşdan yuxarı əhali arasında isə sarı ləkə xəstəliyi (makula degenerasiyası) daha geniş yayılıb" – deyə Tural Qəlbinur qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO