Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı start götürür 

Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı start götürür 

Hazırda oxunan: Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı start götürür 

63958

Bu gün Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatına start veriləcək. 

Bizim.Media xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq yarış Milli Gimnastika Arenasında baş tutacaq. 

Martın 13-dək davam edəcək mundialda 17 ölkədən 170 idmançının iştirakı gözlənilir. Gimnastlar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə mübarizə aparacaqlar. 

Yarışda Azərbaycanı gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edəcəklər.

Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli qüvvələrini sınayacaq. 

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kubokuna, bu il 3 - 6 martda isə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO