Bolqarıstanda erməni rəqiblərinə aman verməyən Azərbaycan güləşçiləri - ADLAR

Bolqarıstanda erməni rəqiblərinə aman verməyən Azərbaycan güləşçiləri - ADLAR

Hazırda oxunan: Bolqarıstanda erməni rəqiblərinə aman verməyən Azərbaycan güləşçiləri - ADLAR

63871

Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında Azərbaycan idmançıları prinsipial görüşlərdə qalib gəlib.

Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində yunan-Roma güləşçimiz Nihat Məmmədli finala vəsiqə uğrunda Ermənistan təmsilçisi Tiqran Minasyanı sınağa çəkib.

Görüşün əvvəlindən sonunadək üstünlüyə sahib olan Nihat rəqibinə heç bir şans tanımayıb - 9:0. Nəticədə güləş qaydalarına əsasən, hesab böyük olduğundan, qarşılaşma bitməsinə 1 dəqiqə 3 saniyə qalmış başa çatdırılıb. O, bu gün finalda İrakli Cimistarişviliylə (Gürcüstan) qarşılaşacaq.

Laçın Vəliyev (87 kq) isə bürünc medal uğrunda görüşdə Qevorq Tadevosyanla üz-üzə gəlib.

İdmançımız 1:5 hesabı ilə geridə olsa da, əzmkarlıq nümayiş etdirərək 5 xal qazanıb və qarşılaşmanın nəticəsini öz xeyrinə dəyişib – 6:5. Beləliklə, idmançımız Avropa çempionatının bürünc medalını əldə edib.

Qeyd edək ki, Avropa çempionatında mübarizəyə qatılan 6 idmançımızdan 5-i medal qazanıb. Yalnız Adəm Hacızadə (72 kq) medal qazana bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO