Bakıda mebel mağazasında qarət: İşçinin külli miqdarda pulu oğurlandı

Bakıda mebel mağazasında qarət: İşçinin külli miqdarda pulu oğurlandı

Hazırda oxunan: Bakıda mebel mağazasında qarət: İşçinin külli miqdarda pulu oğurlandı

63866

Bakıda mebel mağazasında oğurluq olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə martın 7-də rayon ərazisindəki mebel mağazalarının birində orada işləyən Ş.Bayramlının çantasından 200 manat pul, 2 600 ABŞ dolları və şəxsiyyət vəsiqəsinin oğurlanması barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əlixanov müəyyən edilərək

saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO