Müğənni Vasif Məhərrəmli məhkəməyə çağırılıb.
Bizim.Media xəbər verir ki, V.Məhərrəmli Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
Müğənni dələduzluqda təqsirləndirilərək həbs olunan Maksud Mahmudovun işi üzrə zərərçəkmiş qismində dindirilib.
Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.
Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:38 / 09.03.2022
Vasif Məhərrəmli məhkəmədə dindirildi
Hazırda oxunan: Vasif Məhərrəmli məhkəmədə dindirildi
Hazırda oxunan: Vasif Məhərrəmli məhkəmədə dindirildi
63858
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.