Pekin-2022: Azərbaycanın ilk və yeganə təmsilçisi mübarizəyə başlayır

Pekin-2022: Azərbaycanın ilk və yeganə təmsilçisi mübarizəyə başlayır

Hazırda oxunan: Pekin-2022: Azərbaycanın ilk və yeganə təmsilçisi mübarizəyə başlayır

63738

Bu gün Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, qış idman növləri üzrə yığmanın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınayacaq. O, ölkəni qış paralimpiadasında təmsil edən ilk azərbaycanlı kimi tarixə düşəcək.

Ramazanzadə Bakı vaxtı ilə saat 06:00-da başlayacaq yarışa sonuncu - 38-ci sırada çıxacaq. Lakin mübarizənin startınadək sıralama dəyişə bilər.

Təsnifat mərhələsinin yekununda ilk "16-lığ"a düşən iştirakçılar yarımfinala yüksələcəklər. Bu mərhələdə isə ən yaxşı göstəriciyə malik 8 idmançı finala adlayacaq.

Qeyd edək ki, Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub. O, həmin vaxt pauerliftinqdə qüvvəsini sınayıb. Bundan başqa, Ramazanzadə 2019-cu ildə paravelosiped idman növü üzrə dünya çempionatında mübarizə aparıb.
Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO