Ukraynada Rusiyanın daha bir generalı öldürüldü - FOTO

Ukraynada Rusiyanın daha bir generalı öldürüldü - FOTO

Hazırda oxunan: Ukraynada Rusiyanın daha bir generalı öldürüldü - FOTO

63635

Xarkov yaxınlığında Rusiya ordusunun general-mayoru Vitali Gerasimov həlak olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi yayıb.

"Rusiya ordusunun ən yüksək komandirləri arasında növbəti itki olub. Xarkov yaxınlığında döyüşlər zamanı Vitali Gerasimov öldürülüb. O, Rusiya mərkəzi hərbi dairəsinin 41-ci ordusunda komandanın birinci müavini və baş qərargah rəisi vəzifəsini daşıyıb. Rusiya ordusunun yüksək səviyyəli digər əməkdaşları da öldürülüb, yaralananlar var", bəyanatda deyilir.

Vitali Gerasimov ikinci Çeçen müharibəsində, Suriyadakı döyüşlərdə və Krımın ilhaqında iştirak edib.

Xatırladaq ki, martın 3-də Ukraynada Rusiya desant-dağ diviziyasının general-mayoru Andrey Suxovtski də öldürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO