Polis əməliyyatı: Ağdam sakini saxlanıldı – SƏBƏB - FOTO

Polis əməliyyatı: Ağdam sakini saxlanıldı – SƏBƏB - FOTO

Hazırda oxunan: Polis əməliyyatı: Ağdam sakini saxlanıldı – SƏBƏB - FOTO

63633

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ağdam rayon sakini, 38 yaşlı Orxan Aslanov şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 300 qram "patı" və "şüşə" adlanan psixotrop maddə - metamfetamin, 285 qram heroin və təmiz çəkisi 3 kiloqram 120 qram olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO