DİN-dən aksiyaya hazırlaşan qadınlara XƏBƏRDARLIQ

DİN-dən aksiyaya hazırlaşan qadınlara XƏBƏRDARLIQ

Hazırda oxunan: DİN-dən aksiyaya hazırlaşan qadınlara XƏBƏRDARLIQ

63614

Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.

“Əgər belə bir cəhd olarsa, polis əməkdaşları tərəfindən aksiyanın qarşısı qətiyyətlə alınacaq”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, bir qrup qadın martın 8-də Bakıda “8 marş -Susa bilmirik!” şüarı ilə yürüş keçirmək istəmələri ilə bağlı hazırlıqlara başlayıblar. 

Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsinə razılıq verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO