Kraliça II Yelizaveta Vindzor qalasında yaşayacaq - SƏBƏB - FOTO

Kraliça II Yelizaveta Vindzor qalasında yaşayacaq - SƏBƏB - FOTO

Hazırda oxunan: Kraliça II Yelizaveta Vindzor qalasında yaşayacaq - SƏBƏB - FOTO

63461

Böyük Britaniya Kraliçası II Yelizaveta bundan sonra Vindzor qalasında yaşayacaq.

Bizim.Media xəbər verir ki, COVID-19-a qalib gələn 95 yaşlı Kraliça II Yelizavetanın artıq Bukinqem sarayında deyil, minillik Vindzor qalasında yaşayacağı açıqlanıb.

Buna səbəb kimi 1837-ci ildən bəri monarxiyanın rəsmi iqamətgahı olan Bukinqem sarayında aparılan təmir işləri göstərilib.

Belə ki, sarayın bəzi texniki sistemlərinin təmiri ilə əlaqədar 10 il müddətində təmirə bağlanılacağı elan olunub.

Buna görə də Kraliça üçün Vindzorda yaşamaq onu nəinki tikintidən uzaqlaşdıracaq, həm də səhhətində yaranan problemlərə görə dayandırdığı iş sisteminə qayıtmağına imkan yaradacaq.

Digər tərəfdən, kral ailəsi gələcəkdə Bukinqem sarayı və digər mülkləri ictimaiyyət üçün daha əlçatan etməyi planlaşdırır.

Qeyd edək ki, saray 1703-cü ildə Bukinqem hersoqu üçün tikilib. Bukinqem sarayı 1762-ci ildə Böyük Britaniya Kralı III Georq tərəfindən kralın gələcəkdəki şəxsi iqamətgahı olması üçün satın alınıb.

Saray Kraliça Viktoriyanın 1837-ci ildə taxta çıxması ilə Britaniya monarxlarının baş iqamətgahı elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO