Milli Gimnastika Arenasında qaliblər mükafatlandırıldı – FOTO

Milli Gimnastika Arenasında qaliblər mükafatlandırıldı – FOTO

Hazırda oxunan: Milli Gimnastika Arenasında qaliblər mükafatlandırıldı – FOTO

63453

Bu gün Bakıda Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, qaliblər və mükafatçılar 13-19 yaş kateqoriyasında müəyyən edilib.

Kişi cütlüklər arasında birinci yeri Rusiyalı idmançılar, ikinci yeri Qazaxıstanlı idmançılar, üçüncü yeri isə Belçikalı idmançılar tutub.

Qadın cütlüklər arasında birinci Rusiyalı gimnastlar, ikinci yeri İsrailli gimnastlar, üçüncü yeri isə Qazaxıstanlı gimnastlar tutub.

Kişi qrupları arasında birinci yeri Böyük Britaniya komandası, ikinci yeri Rusiya komadası, üçüncü yeri isə İsrail komandası tutub.

Qadın qrupları arasında qızıl medalı Azərbaycan gimnastları, gümüş medalı Belçika gimnasları, bürünc medalı isə Rusiya gimnastları qazanıb.

Qarışıq cütlüklər arasında birinci yeri İsrailli idmançılar, ikinci yeri Portuqaliyalı idmançılar, üçüncü yeri isə Rusiyalı idmançılar tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO