Ukrayna hadisələrini narahatlıqla izləyirik. Ölklələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik. Münaqişənin dayandırılması üçün səylərimizi davam etdiririk.
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
“Ukraynadakı durum ciddi narahatlıq yaradır” - NAZİR
Nazir bildirib ki, Azərbaycan və Türkiyə hər iki münaqişə tərəfi ilə əlaqə saxlayan ölkədir. “Bu münasibətlərdən istifadə edərək savaşın dayandırıması üçün səylərimizi davam etdiririk”, - deyə nazir bildirib.
Bizim.Media