Azərbaycan Prezidentinə “Liderlik Mükafatı” TƏQDİM OLUNDU

Azərbaycan Prezidentinə “Liderlik Mükafatı” TƏQDİM OLUNDU

Hazırda oxunan: Azərbaycan Prezidentinə “Liderlik Mükafatı” TƏQDİM OLUNDU

63285

Azərbaycan Prezidenti İlham Əliyevə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı” təqdim olunub.

Bizim.Media xəbər verir ki, mükafatı Prezident İlham Əliyevə Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan təqdim edib.

Məlumata görə, Bilal Ərdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı”nı Prezident İlham Əliyevə təqdim edib.

Xatırladaq ki, Prezident İlham Əliyev martın 5-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO