Gəncə sakini bu görüntülərə görə sürücülük hüququndan məhrum edildi – VİDEO 

Gəncə sakini bu görüntülərə görə sürücülük hüququndan məhrum edildi – VİDEO 

Hazırda oxunan: Gəncə sakini bu görüntülərə görə sürücülük hüququndan məhrum edildi – VİDEO 

63244

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən verdiyi məlumata görə, şəhər sakini Elvin Quliyev idarə etdiyi “Chevrolet” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Videolarını “TikTok”da paylaşan avtoxuliqan sürücü həbs olundu - FOTO


Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən dərhal sürücü saxlanılıb və yoxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elvin Quliyev sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Məqsəd Rəhimov, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO