Qanunsuz miqrasiyada təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Qanunsuz miqrasiyada təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Hazırda oxunan: Qanunsuz miqrasiyada təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

63230

Qanunsuz miqrasiyada təqsirləndirilən Sərxan Abdullayev, Üzeyir Bağırlı və Sərdar İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il Azərbaycana daimi yaşamaq üçün bu qədər insan gəlib – RƏSMİ RƏQƏMLƏR 


Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz sığınacaq almalarının təşkil edilməsi faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 

"Gəncliyin Elmi-Mədəni İnkişafı" ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər. 

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO