\

\"Ermənistanın yeni prezidenti uğurlu seçimdir\" - Politoloqdan AÇIQLAMA

Hazırda oxunan: \"Ermənistanın yeni prezidenti uğurlu seçimdir\" - Politoloqdan AÇIQLAMA

63173

3 mart tarixində Ermənistan özünün yeni prezidentini müəyyən etmək üçün seçki keçirib. Belə ki, 1-ci turda 10 səs azlığı ilə prezidentini seçə bilməyən parlament, ikinci turda 71 səs çoxluğu ilə Vaaqn Xaçatryanı ölkə başçısı seçib. Yeni prezidentin Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edəcəyi və hansı yeniliklərin olacağı hazırda hər kəsi düşündürən mövzudur.

Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli Bizim.Media-ya açıqlamasında yeni prezident seçimini 2 ölkə arasındakı münasibətlər üçün uğurlu hesab edib:

“Zənnimcə, ermənilərin içərisində 3-4 radikal milliyətçilik, şovinizim azarına tutulmamış, az-çox sağlam təfəkkürə malik olan, praqmatik və liberal dəyərlərə sadiqliyini isbata yetirmiş adamlardan biri də Vaaqn Xaçatryandır. Kifayət qədər realistdir, baş verən hadisələrin məğzini anlayır. Bölgədə sülh yaratmaq, ən əsası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının tərəfdarı kimi çıxış edir. Hətta Vaaqn Xaçatryan Azərbaycan haqqında xoş sözlər söyləyir və sülh müqaviləsinin bağlanmasının zəruriliyini bildirir”.

Qabil Hüseynli həmçinin Ermənistanın daxilindəki siyasi çəkişmələrə, hakimiyyətdəki hərcmərcliyə və xaosa bir qədər son veriləcəyini də dilə gətirib:

“Ən başlıcası odur ki, baş nazirlə indiki prezident arasında hər hansı qarşıdurma olmayacaq. O, Ermənistanın 1-ci prezidenti Ter-Petrosyanın köməkçisi olarkən  Nikol Paşinyanla tanış olub və o vaxtdan onların dostluqları yaranıb.
 

Artıq Ermənistan siyasi rəhbərliyində komanda prinsipi ilə işlər aparılacaq. Bundan sonra qərarların qəbul edilməsində intiriqalar özünü göstərməyəcək. Bu da ölkəmiz üçün müsbət nəticələr verəcək”.


Qeyd edək ki, yen prezidenti seçilən Vaaqn Xaçtryan Ermənistanın sabiq Yüksək texnologiyalar sənayesi naziridir.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO