AzTV Qubada təklif və iradları dinlədi - FOTO

AzTV Qubada təklif və iradları dinlədi - FOTO

Hazırda oxunan: AzTV Qubada təklif və iradları dinlədi - FOTO

63170

Azərbaycan Dövlət Televiziyası (AzTV) bölgələrdə ictimaiyyət nümayəndələri və yerli icra hakimiyyətləri ilə görüşlərə başlayıb.  

Bizim.Media-nın məlumatına görə, ilk görüş Quba rayonunda baş tutub. 

Mətbuat nümayəndələri və ictimayyət təmsilçilərinin qatıldığı tədbiri giriş sözü ilə Quba RİH başçısının 1-ci  müavini Tariyel İbrahimov açıb. O, çıxışında dövlət televiziyasının  cəmiyyətdəki rolundan ətaflı danışıb, toplantının məqsədini açıqlayıb. O, öz növbəsində dövlət televiziyası ilə bağlı təkliflərini də səsləndirib. 

AzTV-nin analitik qrupunun rəhbəri Faiq Hüsiyev, məşhur aparıcı Nərgiz Cəlilova, tanınmış yazıçı-publisist Bəxtiyar Qaraca tədbir iştirakçılarını açıq və səmimi söhbətə dəvət edib. 

Qubada çıxan "Şəfəq" qəzetinin redaktoru Qəhrəman Qasımov, təcrübəli jurnalist Aytəkin Alxaslı, yerli şair Ramiz Qusarçaylı, rayon  ağsaqqallar şurasının sədri İldırım Məmmədov, yazıçı Cəlaləddin Budatoğlu, "Qafqaz" TV-nin müxbiri Aynur Tağıyeva və digərləri ana televiziyalarımızla bağlı irad və təkliflərini bildiriblər. 

Ramiz Qusarçaylı Quba bölgəsində Azərbaycan Yazıçılar Birliyinin 30 üzvü olduğunu deyərək onların dövlət televiziyasında az-az, ümumiyyətlə, heç görünməməsindən  gileylənib. 

Qəhrəman Qasımov AzTV-nin xəbərlərində bəzən dövlət dilinin düzgün səsləndirilməsində rastlaşdığı nöqsanlara toxunub. 

Açıq polemika şəklində keçən görüşdə analitik qrupun rəhbəri Faiq Hüsiyev AzTV-nin hakimiyyətlə cəmiyyət arasında bir körpü olduğunu  qeyd  edərək söyləyib ki, səslənən təklif və iradların  hamısı  nəzərə alınacaq.  
Tədbirdə ictimai rəyi düzgün öyrənmək üçün belə görüşlərin bütün bölgələrdə keçiriləcəyi vurğulanıb. O da qeyd olunub ki, AzTV-nin bölgələrdə Azərbaycan Televiziyası günlərinin keçirilməsi ilə bağlı planı var. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO