Kənd təsərrüfatı yarmarkaları 30 dekabrda bağlanacaq

Kənd təsərrüfatı yarmarkaları 30 dekabrda bağlanacaq

Hazırda oxunan: Kənd təsərrüfatı yarmarkaları 30 dekabrda bağlanacaq

6317

Bunu Bizim.Media açıqlamasında Dövlət Aqrar Ticarət Şirkətinin mətbuat katibi Mais Musayev bildirib.

- “Kənddən şəhərə” yarmarkası 21 dekabr tarixində fəaliyyətə başlayıb. Səhər saat  9:00-dan 19:00-a kimi davam edir. Dekabr ayının 30-u saat 19:00-da isə  yarmarkanın son iş günü olacaq. 

Yarmarka paytaxtın 3 ünvanında keçirilir. 

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

M. Musayev deyir ki, hər 3 yarmarkada 100-dən artıq fermer iştirak edir. 

- “Kənddən şəhərə” yarmarkasında məhsul çeşidi çoxşaxəli olan fermerlərə önəm verilib. Bütün fermərlərin yarmarkada iştirakı ödənişsiz fəaliyyət göstərir. Yarmarkalarda fermerlərin əlavə xərci çıxmadığından kənd təsərrüfatı məhsullarını daha ucuz qiymətə təklif edirlər. Yarmarka ərazisində karantin qaydaları ciddi əməl olunur. Yarmarka daimi olaraq dezinfeksiya olunur. Satıcılar tibbi maskalar, əlcəklər və virus əleyhinə məhsulla təmin olunurlar.

Gülşanə Mustafayeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO