Güclü küləyin cənub rayonlarında yaratdığı FƏSADLAR – Evlərin üzərinə ağac aşdı, işıqlar söndü 

Güclü küləyin cənub rayonlarında yaratdığı FƏSADLAR – Evlərin üzərinə ağac aşdı, işıqlar söndü 

Hazırda oxunan: Güclü küləyin cənub rayonlarında yaratdığı FƏSADLAR – Evlərin üzərinə ağac aşdı, işıqlar söndü 

63154

Güclü külək cənub  rayonlarının elektrik təsərrüfatlarına ziyan vurub. 

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, gecədən başlayan güclü külək bölgənin bütün rayonlarında hiss olunur.  

Hazırda da külək səbəbindən elektrik enerjisi verilişində problem yaranıb. Səbəb ağacların budaqlarının bir neçə yerdə qırılması, aşması və elektrik təsərrüfatına ziyan vurmasıdır.  

Masallının Boradigah qəsəbəsində iki evin üzərinə şam ağacı aşıb. Damına və tavanına zərər vurub.  Lerik-Hamarat 35-10 kv-luq qüksək gərginlikli hava xəttində və Cəlilabad rayonu istiqamətində də yüksək gərginlikli hava xətlərində qəzalar yaranıb.  
Eyni zamanda  şəhər və kənd ərazilərində də  daxili xətlər zədələnib, dirəklər aşıb. Dəyən ziyanın həcmi araşdırılır, təmir briqadaları qəza ərazilərində - bərpa işlərini həyata keçirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO