Polşaya yerləşdirilən azərbaycanlıların SON DURUMU: “Hamilə qadınlar, səhhəti ağır olanlar var”

Polşaya yerləşdirilən azərbaycanlıların SON DURUMU: “Hamilə qadınlar, səhhəti ağır olanlar var”

Hazırda oxunan: Polşaya yerləşdirilən azərbaycanlıların SON DURUMU: “Hamilə qadınlar, səhhəti ağır olanlar var”

63014

Ukraynadakı hadisələrlə bağlı Polşaya təxminən 1000-ə yaxın azərbaycanlı keçdiyi bildirilir. Hələ də münaqişə ocağını tərk edən azərbaycanlıların mümkün ölkələrə axını davam edir.

Polşada azərbaycanlılara dəstək olan diaspor tərəfindən Varşava və Krakov şəhərlərində də xeyli azərbaycanlı yerləşdirilib. 

Eyni təşəbbüsə “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası da imza atıb. Assosiasiya Ukrayna-Rusiya müharibəsi başlayandan şəxsi təşəbbüs və daxili maliyyə dəstəyi ilə Krakov şəhərinə 20-si ailə olmaqla, 100-dən çox azərbaycanlı yerləşdirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadan Polşaya gedən qaçqın sayı 280 mini keçdi


Bu barədə Bizim.Media-ya Assosiasiya rəhbəri Muxtar Şeyxzamanlı məlumat verib. Onun sözlərinə görə hələ də Ukraynadan çıxarılması mümkün olmayan  həmvətənlilərimiz qalır:

“Ukraynadan gətirilən azərbaycanlı ailələri tələbələrin evlərinə və hostellərə yerləşdiririk. Axın çoxaldıqca maliyyə cəhətdən sıxıntı yaşanır.  Tələbələrin ianələri və şəxsi vəsaiti hesabına bunu edirik. Bu gün Azərbaycanın Polşadakı səfirliyi tərəfindən 10 gün müddətində 5 avtobusun hazırlıq vəziyyətinə gətirilməsi tapşırıldı.  Amma dünən biz şəxsi avtobusla sərhəddən qadın və uşaqları gətirib yerləşdirdik. Gün ərzində 2-3 saat yata bilirik. Hazırda öz evimi də bir ailəyə vermişəm və maşında gecələyirəm”.

Muxtar Şeyxzamanlı azərbaycanlıların Krakov şəhərində yerləşdirilməsi üçün aidiyyəti qurumlardan dəstək istədiyini deyib:

“Maliyyə dəstəyi ilə bağlı müvafiq qurumlara müraciət etmişik. Komitədən bizə hələ vəsait gəlməyib. Amma yaxın vaxtda məsələnin həll olunacağını deyiblər. Bununla yanaşı Azərbaycanlıların Bakıya təxliyə edilməsi ilə bağlı səfirliklə daimi olaraq kontaktdayıq. Çalışırıq ki, tezliklə çarter reysləri təşkil olunsun. Səfirliyə siyahı təqdim etmişik.

Onlar isə bu siyahını Xarici İşlər Nazirliyinə göndərir. Ümid edirəm ki, tezliklə çarter reyslər təşkil olunar və şəhərlər bir qədər yüngülləşər. Yüngülləşdikcə, insanları qəbul etmək potensialımız var. Amma yüklənmə olduqda, çətinlik çəkirik”.

Assosiasiya rəhbəri onu da əlavə edib ki, Ukraynadan Polşaya yerləşdirilənlər arasında hamilə qadın, azyaşlı uşaqlar və səhhətində narahatlığı olanlar çoxluq təşkil edir:

“Yanıq xəsarəti və ayağında narahatlığı olan bir vətəndaşımızı da yerləşdirmişik. Çarter reysi təşkil olunsa, bu kimi ağır vəziyyətdə olan vətəndaşlarımızı Bakıya təxliyə edəcəyik. Bundan əlavə Ukrayna ərazisində qalan hamilə qadınlar və bir nəfər ağır durumda olan vətəndaşımız var. Hazırda həmin vətəndaşın qabırğası sınıb və qatara minəcək, hətta hərəkət etməsi mümkün deyil. Bilmirik ki, onu necə təxliyə edək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO