Bakıda 500 manata alça, 80 manata üzüm satılır - VİDEO

Bakıda 500 manata alça, 80 manata üzüm satılır - VİDEO

Hazırda oxunan: Bakıda 500 manata alça, 80 manata üzüm satılır - VİDEO

62990

Mövzsümlə əlaqəli olaraq Azərbaycanda bəzi meyvələrin satış qiymətində diqqət çəkən artım müşahidə olunur. 

Bizim.Media xəbər verir ki, Bakıda alçanın kiloqramı 500 manata satılır. Hətta bazarda 70-80 manata satılan üzüm növləri də var. 

Satıcıların sözlərinə görə, bu cür meyvələr əsasən xaricdən idxal olunur. Ancaq istixana şəraitində yetişdirilən yerli meyvələrin də qiyməti ucuz deyil. 

İstixana təsərrüfatı ilə məşğul olan Mürvət Həsənli isə bildirir ki, bu məhsullar mövsümü qabaqladığı üçün onları daha baha satmaq mümkündür. 

Onun sözlərinə görə, istixanada yetişən meyvələrin baha olması həm də belə yerlərin saxlanma xərcləri ilə bağlıdır.

Mürvət Həsənlinin fikrincə, istixana şəraitinə baxmayaraq, meyvələrin yetişdirilməsində heç bir gübrədən istifadə olunmur. Bu da həmin meyvələrin daha çox saxlanmasına şərait yaradır.

Daha ətraflı Xəzər Tv-nin hazırladığı videoda:

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO