Millət vəkilindən SÜLH ÇAĞIRIŞI: “Bütün dünya səylərini birləşdirməlidir”

Millət vəkilindən SÜLH ÇAĞIRIŞI: “Bütün dünya səylərini birləşdirməlidir”

Hazırda oxunan: Millət vəkilindən SÜLH ÇAĞIRIŞI: “Bütün dünya səylərini birləşdirməlidir”

62987

“Onların məqsədinin nədən ibraət olduğunun önəmini mən görmürəm. Əsas məsələ təcili olaraq, hərbi əməliyyatların dayandırılmasıdır. Bütün dünya bu istiqamətdə mütləq şəkildə səylərini birləşdirməlidir. Ukraynada humanitar faciə baş verir”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

Belə ki, Rusiyanın hərbi əməliyyatlarda əsas məqsədinin Zelenskini Yanukoviçlə əvəz etmək olduğu ilə bağl fikirlərə münasibət bildirən millət vəkili ilk növbədə hərbi əməliyyatların dayandırılmasının vacibliyindən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Asim Mollazadə: “Diplomatik turizmlə məşğul olan Minsk Qrupu Ermənistanı ruhlandırır”


Asim Mollazadə Ukraynada yaşanan humanitar böhrana Azərbaycanın yardım əli uzatmasını da vurğulayıb:

“Azərbaycan xalqı öz tarixində bu cür faciələrlə üzləşdiyindən Ukrayna xalqının ağrısını bölüşür. Azərbaycan Ukraynaya həm dövlət, həm də xalq səviyyəsində humanitar dəstək verir. Rəsmi Bakı danışıqlar üçün öz vasitəçiliyini də təklif edib”.

Millət vəkili sülhün bərqərar olunması üçün səylərin birləşdirilməsinin əhəmiyyətini də diqqətə çatdırıb:

“Bu əməliyyatlar mütləq təcili sürətdə dayandırılmalı, beynəlxalq hüquq normaları bərqərar olmalıdır. Ukrayna müstəqil dövlətdir və biz onun ərazi bütövlüyünü qəbul edirik. Düşünürəm ki, bütün dünyanın səyləri əməliyyatları dayandıraraq humanitar faciənin qarşısını almaqdan ibarət olmalıdır”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO