Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında parlament müxalifət fraksiyasının başçılarını satqın və quldur adlandırıb. Xüsusən də baş naziri “Ermənistan” müxalifət blokundan olan deputat Ripsime Stambulyanın səsləndirdiyi sual qane etməyib.
Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, o, Paşinyanı əkin sahələrini düşmənə verməkdə ittiham edib və qeyd edib ki, Rusiyaya qarşı daha sərt sanksiyalar olacağı təqdirdə Ermənistan son dərəcə qibtə olunmaz vəziyyətdə qala bilə bilər, ölkədə sadəcə olaraq taxıl və çörək olmayacaq.
Bununla bağlı o, hökumət tərəfindən hansı tədbirlərin görülüb-görülmədiyini soruşub.
Paşinyan suala cavab verməyib, dərhal hücuma keçib.
“Əgər bu, Qubadlı yox, Sanasardırsa, bəs niyə sizin liderləriniz (Robert Köçəryan və Serj Sarkisyan nəzərdə tutulur) 20 il ərzində bu ərazilərin təhvil verilməsi ilə bağlı danışıqlar apardılar. Və bunu açıq şəkildə etdilər.
Qəbul etdiyiniz Madrid prinsiplərində yeddi rayonun Azərbaycana qaytarılması haqqında yazılmışdı. İndi mənə deyin, ey satqınlar, vətəni niyə satışa qoydunuz?! Orada taxıl yetişdirmək üçün? Yaxşı, gəlin rəsmi olaq. Əgər parlamentdə təmsil olunan müxalifət fraksiyaları Qubatlını erməni torpağı kimi tanıyıblarsa, o zaman onların liderlərini vətənə xəyanətdə mühakimə etmək lazım gələcək. Ona görə də timsah göz yaşları tökməyi dayandırın”, - baş nazir bildirib.
Stambulyan Paşinyanı tonunu dəyişməyə çağırıb.
Daha sonra “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan mübahisəyə müdaxilə edib.
Baş nazir cavab olaraq Ohanyana üz tutaraq, ona müdafiə naziri kimi fəaliyyətini, düşmən hücumlarının qarşısını almaq üçün cəbhə xəttini təchiz edən zaman istifadə edilən konservləri xatırladıb.
Hökumət başçısının bəyanatlarından sonra zalda mübahisə yaranıb. Hamı bir-birini xəyanətdə ittiham edib: iqtidar çoxluğu müxalifəti, müxalifət də Paşinyanın əlaltılarını.
Hakim partiyadan olan parlament sədrinin müavini Akop Arşakyan deputatları sakitləşdirməyə çalışıb.
Müxalifətdən olan deputatlar səsvermə hüququndan məhrum ediliblər. Buna cavab olaraq, müxaliflər aramsız ittihamlarla iclas zalını tərk ediblər.
Bizim.Media
- A-
- A
- A+
Region
12:48 / 03.03.2022
Paşinyan müxalifətə ƏSƏBİLƏŞDİ: "Sanasar yox, Qubadlı!" - VİDEO
Hazırda oxunan: Paşinyan müxalifətə ƏSƏBİLƏŞDİ: "Sanasar yox, Qubadlı!" - VİDEO
Hazırda oxunan: Paşinyan müxalifətə ƏSƏBİLƏŞDİ: "Sanasar yox, Qubadlı!" - VİDEO
62938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.