Kiyevdə qalan məşhur aparıcıdan TƏSİRLİ PAYLAŞIM – “Sonda hər kəs...”

Kiyevdə qalan məşhur aparıcıdan TƏSİRLİ PAYLAŞIM – “Sonda hər kəs...”

Hazırda oxunan: Kiyevdə qalan məşhur aparıcıdan TƏSİRLİ PAYLAŞIM – “Sonda hər kəs...”

62820

Məşhur ukraynalı aparıcı Natalya Yakavenko Kiyevi tərk etmək haqqında düşünmür. 

Bizim.Media xəbər verir ki, aparıcı Rusiyanın hücumu fonunda Ukraynanın yanında olduğunu vurğulayıb. 

“Mən evimdə qalıram, bu mənim şüurlu seçimim və şəxsi müqavimətimdir. İmkanlarım, gedəsi yerlərim olsa da, qələbəmizə inanıram.

Kiyev mənim doğma şəhərimdir, bura mənim qohumlarım, dostlarım, torpağımdır. Bilmirəm bu vəziyyət nə qədər, hansı formada davam edəcək. Bir şeyi bilirəm ki, işğalçılara güclü nifrət var. Biz güclüyük və sona qədər mübarizə aparacağıq. Zirzəmidə mərmi uğultuları altında “sülh göyərçinləri”nin tövsiyələrini oxumaq bezdiricidir. Sonda hər kəs özünün olanı seçir. Mən Ukraynamın yanında olmağı seçirəm, hamınızla birlikdə. Eşq olsun xalqımıza”, - deyə o, “Facebook” hesabındakı paylaşımında qeyd edib. 

Xatırladaq ki, Natalya Yakavenkonun həyat yoldaşı varlı iş adamıdır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO