Ukraynada yaranmış vəziyyətlə əlaqədar ilk saatlardan başlayaraq həmsərhəd ölkələrlə danışıqlar aparılıb. Azərbaycan vətəndaşları Moldova, Polşa, Slovakiya, Rumıniya, Macarıstan istiqamətindən keçərək Ukraynanı tərk edə bilərlər. Onlar üçün viza rejimi ləğv edilib.
Bizim.Media xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, bu günədək Ukraynadan 4000-ə yaxın azərbaycanlı sərhədi keçib. Hazırda hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi əsas məsələdir.
Leyla Abdullayeva, həmçinin qeyd edib ki, dünən 800-dən çox azərbaycanlı qatarla Xarkovdan Moldova istiqamətində yola salınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:39 / 02.03.2022
Bu günədək Ukraynadan neçə azərbaycanlı sərhədi keçib? – RƏSMİ CAVAB
Hazırda oxunan: Bu günədək Ukraynadan neçə azərbaycanlı sərhədi keçib? – RƏSMİ CAVAB
Hazırda oxunan: Bu günədək Ukraynadan neçə azərbaycanlı sərhədi keçib? – RƏSMİ CAVAB
62790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.